<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>360</hymn_number>
<title>Məsih, Sən Qanada, Qalileyada İL360</title>
<lyrics>[V1]
 Məsih, Sən Qanada, Qalileyada
 Bir toy məclisinə dəvət olundun.
 İlk dəfə olaraq adi həyatda
 Sən Öz izzətini orda göstərdin.

[C1]
   Ey Allahım, Özün gəl, izzətini göstər bizə,
   Ey Allahım, Özün gəl, xeyir - dua ver gənclərə.

[V2]
 Gəl əziz qonaq kimi, xeyir-dua ver,
 Sevgi, iman birliyini Sən möhkəmləndir.
 Bu nigahın sevincini əbədi qoru,
 Öz xalqının nigahında təntənəylə otur.

[V3]
 Dəvət etdin Sən hamını izzətinin bayramına.
 Qoy bəy, gəlin layiq olsun Göydəki nigahına.
 Bu həyatda sevinc, şadlıq mümkünmü Sənsiz?
 Şirin həyat, bol səadət olarmı Rəbsiz?

[C2]
   Tapmaq olmaz başqa yerdə, güc Səndədir, İsam, Səndə.
   Rəhbərlik et Sən onlara bu gün, sabah və həmişə.</lyrics>
</song>